Sosial şəbəkədə biz:

Avropa Oyunlarına gələn xarici ölkə rəsmiləri - Siyahı 

Bu gün I Avropa Oyunlarının açılış mərasimi keçiriləcək. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki 40-a yaxın prezident və hökumət başçısının açılış tədbirində iştirak edəcəyini açıqlayıb.    Axar.az artıq Bakıya gələn xarici dövlətlərin rəsmilərinin siyahısını təqdim edir:   Prezidentlər:   Belarus Prezidenti Aleksandr Lukaşenko Tacikistan Prezidenti Emoməli Rəhmon Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Serbiya Prezidenti Tomislav Nikoliç Monteneqro Prezidenti Filip Vuyanoviç Latviyanın sabiq Prezidenti Valdis Zatlers   Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin yaxın dəqiqələrdə Bakıya gəlməsi gözlənilir.   Baş nazirlər:   Bolqarıstanın Baş naziri Boyko Borisov Gürcüstanın Baş naziri İrakli Qaribaşvili   Şahzadələr:   Monako Knyazlığının Şahzadəsi II Albert Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Abdullah Bin Musaad Bin Əbdüləziz   Dövlət rəsmiləri:   Böyük Britaniya Xarici İşlər Nazirliyinin parlamentlə əlaqələr üzrə dövlət katibi Tobias Elvud İsveçrə parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri Filippo Lombardi Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopf Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç Lüksemburqun Böyük Hersoqu Anri Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek San-Marino dövlətinin başçıları, San-Marino Regent Kapitanları Andrea Belluzini və Roberto Ventur Latviya Respublikası parlamentinin sədr müavini Andrey Klementyev Qırğızıstanın Baş nazirinin birinci müavini Tayırbek Sarpaşev Ukraynanın gənclər və idman naziri İqor Jdanov və Ukrayna Dövlət Fiskal Xidmətinin rəisi, Ali Radada Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Roman Nəsirov İranın idman və gənclər naziri Mahmud Qudərzi Küveytin gənclərlə iş üzrə dövlət naziri şeyx Salman Sabah Salem Al-Humoud Al-Sabah Qətər Olimpiya Komitəsinin sədri Şeyx Cəuan bin Həməd Əl Tani Oman Sultanlığının idman işləri naziri şeyx Səad bin Məhəmməd bin Səid Əl-Mərduf Əl-Sədi Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti şeyx Əhməd əl-Fahad Əl-Sabah   Qeyd edək ki, açılış mərasiminə qədər digər ölkələrin rəsmilərinin də gəlməsi gözlənilir.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol