Sosial şəbəkədə biz:

Türkiyədə erməni terroçularına qoyulan abidə söküləcək

30 November 2016, 15:18
Gündəm
Türkiyənin Tuncəli Valiliyi Aşağıdoluca kəndində erməni terrorçularının adını əbədiləşdirən abidənin sökülməsi ilə bağlı qərar qəbul edib. Azvision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Abidənin nə vaxt söküləcəyi açıqlanmayıb. Xatırladaq ki, üzərində ““Erməni soyqırımı”nı lənətləyirik. Armenak Bakırcıyanı və Hrantı anırıq. 100-cü ilində “erməni soyqırımı” davam edir”,- sözləri yazılmış abidənin açılışı bu il aprelin 26-da olub. Mərasimə Fransa və Yunanıstandan erməni diasporu nümayəndələri qatılıblar. Abidənin üzərində ASALA terror təşkilatının üzvlərindən və radikal erməni millətçilərindən olmuş Armenak Bakırcıyan, Manuel Demir, Nubar Yanıkyan, Kevork Çavuş, ötən əsrin 90-cı illərində Qarabağda və Xocalıda azərbaycanlılara qarşı soyqıırmlar törətmiş Monte Melkonyanın adı da var.