Sosial şəbəkədə biz:

"Fərat qalxanı"nda 100 gün: 18 türk hərbçi ölüb

01 December 2016, 11:21
Gündəm
Noyabrın 30-da Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində "Azad Suriya Ordusu" ilə birgə həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatının 100-cü günü tamam olub. Trend-in məlumatına görə, bu müddət ərzində əməliyyat zamanı 18 türk hərbçi şəhid olub, 2 hərbçi itkin düşüb. Onların əsir götürülərək Rakka şəhərinə aparıldığı bildirilir. Əməliyyat nəticəsində 218 yaşayış məntəqəsinə nəzarət ələ keçirilib.