Sosial şəbəkədə biz:

Elza bahalaşmaya da şeir yazdı: "Qazsız, işıqsız boşalmaq olmur..."

01 December 2016, 13:06
Gündəm
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın şeir yazdığı hamıya bəllidir. İfaçı bu dəfə qazın və elektrik enerjisinin qiymətinin bahalaşmasına şeir həsr edib. Həmin şeiri oxuculara təqdim edirik: Qış elə soyuqdur ki, Qaz isitmir evimizi, Qoz qabığı yandırıb Qazlayırıq özümüzü Günün soyuğunda Qazsız qaz yolmaq olmur Boşalmaq, dolmaq olmur Qazdı, işıqdı Bunlar evə yaraşıqdı Qaz yaraşırdı evimizə İşıqda yaraşırdı Amma qaz çox yananda, Qazpulu yığan çaşırdı İşıqları söndürəndə Hamının dili dolaşırdı Qaz ha qaz, özümə quyu qazdım Qazsız azdım, İşıqsız azaldım… Qaz bahadırsa ay insan Odun sobası al Ağac kəs, odun topla Yalan danış, gopla İşığı kəsəndə Düş həyətə oyna topla Topla ay adam işığını, qazını Çoxunu azını Ay kasıb adam, Evi nəfəsinlə isit Kəsməsinlər qazını. Diferensiallaşma Aşma Çaşma Bax mənim görüntümə, yaşıma Diferensiallaşma!!! Qaz, Diferensiallaşma! Elektrik, Diferensiallaşma! Oyyy, nələr gəldi başıma! Qazzzzz Qaz ha qazzzz! Kəsilmə qaz, Bahalaşma qazım mənim, Üşüməsin quzum mənim! (mia.az)   *********** Əməkdar artist, bəstəkar-ifaçı Elza Seyidcahan bir gün sonra  belə bir şeir yazmadığını bildirib. Qeyd edib ki, o, nəinki indi, ümumiyyətlə heç vaxt belə mövzularda şeir yazmayıb və bu, ifaçıya qarşı törədilmiş təxribatdır, cinayətdir: “Boşboğaz, paxıl, hər şeyi hazır görmək istəyən bəzi insanlara elə gəlir ki, uğur bizi özü gəlib tapıb. Yox, elə deyil, uğurumuz bir məbəd, bizlər də uğur məbədimizin memarıyıq. Elza Seyidcahanın da hamı kimi həyatda keşməkeşli, qayğılı, ehtiyaclı günləri olur. Həyatın gözəlliyi də elə budur. Ancaq o, həyatsevərdir, hər zaman xalqını, dövlətini sevə-sevə tərənnüm edir və hər zaman da belə olacaq. Ona görə də bəzi bədhaqlar, nanəcimlər həmişə çalışırlar ki, Elza Seyidcahanın mərd adına xələl gətirsinlər, ləkə vursunlar. Heyhat, bu, mümkün deyil. Elzanı namərdlər qova-qova daha da mərd elədilər. Şükür allaha!” Əməkdar artist onu da vurğulayıb ki, E.Seyidcahanın adından şeirlər yazıb paylaşanlar qanun qarşısında cavab verməli olacaqlar: “Mənim adımdan qazın qalxması ilə bağlı və s. səviyyəsiz, şər, böhtan dolu sözlər yazan cinayətkar, təxribatçı tezliklə məhkəmədə cavab verəcək, cəzasını alacaq. Hansı saytda bunlar yazılıbsa, kim paylaşıbsa hamısı artıq əldə edilib, aidiyyati şəxslərə təhvil verilib. İnsan nə qədər azğınlaşmalıdır ki, utanmadan başqasının adından yalan, şər, böhtan yazsın. Tezliklə onun hansı şaircik olduğu məlum olacaq. Bəllidir ki, paxıllıq, əclaflıq ona rahatlıq vermir və Elzanın təmiz adına ləkə gətirməyə çalışır. Onsuz da Elza Seyidcahanı tanıyanlar bilirlər ki, onun boşbağazlıqları Elzanın dəsti-xətti deyil. Qanunumuzun keşiyində duran hüquq mühafizə orqanlarımız onu layiqli yerində otuzdurar”. Moderator.az Elza Seyidcahan imzası ilə təqdim olunan həmin şeiri də təqdim edir. Qış elə soyuqdur ki, Qaz isitmir evimizi, Qoz qabığı yandırıb Qazlayırıq özümüzü Günün soyuğunda Qazsız qaz yolmaq olmur Boşalmaq, dolmaq olmur Qazdı, işıqdı Bunlar evə yaraşıqdı Qaz yaraşırdı evimizə İşıqda yaraşırdı Amma qaz çox yananda, Qazpulu yığan çaşırdı İşıqları söndürəndə Hamının dili dolaşırdı Qaz ha qaz, özümə quyu qazdım Qazsız azdım, İşıqsız azaldım… Qaz bahadırsa ay insan Odun sobası al Ağac kəs, odun topla Yalan danış, gopla İşığı kəsəndə Düş həyətə oyna topla Topla ay adam işığını, qazını Çoxunu azını Ay kasıb adam, Evi nəfəsinlə isit Kəsməsinlər qazını. Diferensiallaşma Aşma Çaşma Bax mənim görüntümə, yaşıma Diferensiallaşma!!! Qaz, Diferensiallaşma! Elektrik, Diferensiallaşma! Oyyy, nələr gəldi başıma! Qazzzzz Qaz ha qazzzz! Kəsilmə qaz, Bahalaşma qazım mənim, Üşüməsin quzum mənim! Qeyd edək ki, bundan aylar öncə Roma Papasına yazılmış şeir də Elza Seyidcahana məxsus deyil. Azinforum.az