Ərdoğan artıq Bakıdadır
                                Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana səfərə gəlib.
Virtualaz.org AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə Prezidentini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.
 
                            
                            
                            
                         
                             
                     
             
                                    