Sosial şəbəkədə biz:

Saakaşviliyə daha bir yüksək vəzifə verildi

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukraynada yaradılacaq Dövlət Müəssisələrində İslahatlara Nəzarət Şurasına rəhbərlik edəcək. Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın iqtisadi inkişaf və ticarət naziri Ayvaras Abramaviçus bildirib. “Biz bu gün İslahatlara Nəzarət Şurasını yaradırıq. Bu dövlət idarəçiliyi və islahatlar sahəsində geniş təcrübəyə malik ekspertlər qrupudur. Onlar Ukraynanı, onun qarşısında duran çağırışları yaxşı bilirlər”, - deyə nazir qeyd edib. Abramaviçusun sözlərinə görə, Şura dövlət müəssisələrində effektivliyin artırılmasına nəzarət edəcək. Yeni orqanın səlahiyyətlərinə idarəetmə strukturunda islahatın aparılması, özəlləşdirmə və audit işləri də daxildir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol