Sosial şəbəkədə biz:

Londondakı Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası

İyunun 12-də bir qrup beynəlxalq hüquq müdafiəçisi Azərbaycanın Londondakı səfirliyinin qarşısında “İnsan hüquqları üçün idman” kampaniyası çərçivəsində etiraz aksiyası keçirib. "Turan"-ın məlumatına görə, iştirakçılar Azərbaycanda siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər. Onlar əllərində hüquq müdafiəçiləri Rəsul Cəfərov, İntiqam Əliyev, Leyla Yunus, Emin Hüseynov, jurnalist Xədicə İsmayılova və Seymur Həzinin portretləri olan plakatlar tutublar. Təşkilatçılar bu cür aksiyaların Avropanın digər şəhərlərində də keçirilməsini planlaşdırırlar.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol