Sosial şəbəkədə biz:

“Bakı-2015” I Avropa Oyunlarının açılış mərasimi başlayıb - FOTOLAR, CANLI YAYIM

12 June 2015, 21:17
Gündəm
Azərbaycan paytaxtında - 68 min tamaşaçı tutumuna malik Olimpiya Stadionunda “Bakı-2015” I Avropa Oyunlarının rəsmi açılış mərasimi başlayıb.
APA-nın məlumatına görə, açılış mərasiminin aparıcıları Murad Dadaşov və Hüsniyyə Məhərrəmovadır.
Aparıcılar tamaşaçıları salamlayıblar. Mərasim “Natiq” ritm qrupu və müğənni Elnur Hüseynovun mahnılar ifa etməsi ilə başlayıb.
Daha sonra M. Dadaşovun təklifi ilə stadionda Meksika dalğası yaşanıb.