Karateçilərimiz tatamidə - Canlı yayım
Bakı-2015 Avropa Oyunlarında karate idman növündə yarışlar başladı. Axar.az xəbər verir ki, “Kristal Zal”da təşkil ediləcək ilk yarış günündə 6 dəst medal öz sahibini tapacaq. Kumite növü üzrə baş tutacaq çəki dərəcələrinin hamısında Azərbaycan təmsil olunacaq. Kumite Kişilər 60 kq A qrupu Bu çəkidə tatamiyə çıxacaq Firdovsi Fərzəliyev ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiya ilə üz-üzə gələcək. Onun növbəti görüşlərdə rəqibləri albaniyalı Halil Marqeşi və italiyalı Luka Mareska olacaq. 67 kq A qrupu Komandamızın medal ümidlərindən olan Niyazi Əliyev yarışa gürcüstanlı İrakli Tkebuçava ilə start verəcək. Həmyerlimizin yer aldığı qrupda Stevan Da Kosta (Fransa) və ispaniyalı Manuel Rosero Ruis də növbəti mərhələyə vəsiqə uğrunda gücünü yoxlayacaq. 75 kq A qrupu Yığmamızın lideri Rafael Ağayev də bu gün mübarizəyə qoşulacaq. Dünya və Avropa çempionumuz debüt görüşündə ukraynalı İlya Nikulinlə üz-üzə gələcək. İkinci qarşılaşmasında Erman Eltemuru (Türkiyə) sınağa çəkəcək həmyerlimiz qrupda son döyüşünü Latviyanı təmsil edən Ruslan Sadıqova qarşı keçirəcək. Qadınlar 50 kq A qrupu Bu növdə ölkəmizin idman şərəfini Nuranə Əliyeva A qrupunda yer alıb. O, ilk görüşdə avstriyalı Bettina Plankla münasibətinə aydınlıq gətirəcək. Həmyerlimiz ardınca müvafiq olaraq, türkiyəli Serap Özçelik və xorvatiyalı Monika Beruleçlə üz-üzə gələcək. 55 kq B qrupu Yığmamızın üzvü İlahə Qasımov birinci döyüşünü Cenni Varlinqə (Lüksemburq) qarşı keçirəcək. İkinci görüşündə türkiyəli Tuba Yakanla qarşılaşacaq həmyerlimiz qrupda son görüşünü xorvatiyalı Yelena Kovaçeviçə qarşı keçirəcək. 61 kq B qrupu Millimizin karateçisi Fəridə Abıyevanın Avropa Oyunlarında debütü slovakiyalı İnqrida Suşankova görüşə təsadüf edəcək. 20 yaşlı həmyerlimiz daha sonra Ana Lenard (Xorvatiya) və Merve Çobanla (Türkiyə) münasibətinə aydınlıq gətirəcək. 10:36 A qrupunda yer alan idmançımız Nuranə Əliyeva xorvatiyalı rəqibinə uduzub.