Sosial şəbəkədə biz:

Abşeron rayon sakininə qarşı 170 min manatlıq dələduzluq edilib

09 December 2016, 13:36
Gündəm
Abşeron rayon sakininə qarşı 170 min manatlıq dələduzluq edilib. 42 yaşlı rayon sakini Sadıq Xəlilov Binəqədi Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq bildirib ki, 2014-cü ilin noyabr ayından 2016-cı ilin avqust ayınadək Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Mikayıl Vəliyev onu aldadaraq 170 min manat dəyərində tikinti materiallarını alıb, lakin pulunu ödəməyib. Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.