Sosial şəbəkədə biz:

"Qələbələrimiz bütün xalqımızın sevinci və qürurudur”- Rəfael Ağayev

"Məni daim doqquz qat Avropa çempionu kimi xatırlayırlar. Ancaq yeniyetmələr arasında keçirilən yarışlardakı uğurlarımı da əlavə etsək, 12 dəfə Avropa və 4 dəfə dünya çempionu adını qazanmışam. Bugünkü qələbədən sonra isə ilk Avropa Oyunlarının qalibi oldum. “Bakı-2015” birinci Avropa Oyunları digər çempionatlardan çox fərqlənir". Bu sözləri IAvropa Oyunlarında karate idman növünün kumite yarışlarında 75 kiloqram çəki dərəcəsində çempion olan idmançımız Rəfael Ağayev deyib. “Yeddi yaşımdan karate ilə məşğulam. Artıq 30 yaşım var. Əslində mən idmanda gənc sayılmıram. Ancaq həmişə Azərbaycanı layiqincə təmsil etməyə çalışıram. Çünki qələbələrimiz bizimlə yanaşı, bütün xalqımızın sevinci və qürurudur”, – deyə Rəfael Ağayev bildirib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol