Sosial şəbəkədə biz:

Türkiyədə ağır qəza - 36 avtomobil toqquşdu,41 nəfər yaralandı - VİDEO

14 December 2016, 17:01
Gündəm
Adanada magistral yolun buz bağlaması nəticəsində ağır qəza baş verib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 36 avtomobil toqquşub, 41 nəfər isə yaralanıb.
Qəza bu gün səhər saatlarında meydana gəlib. Yaralılar dərhal xəstəxanalara yerləşdirilib. Baş verən zəncirvari qəzada yararsız hala düşən avtomobillər hadisə yerindən evakuasiya edilib.
Sözügedən qəzanın görüntülərini sizlərə təqdim edirik: