Beynəlxalq Diaspor Mərkəzinin (BDM) hesabat seçki konfransı keçirilib
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) hesabat seçki konfransı keçirilib. Konfransa sədrlik edən Samir Adıgözəlli açılış çıxışı etdikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib. “Empire” oteldə baş tutan konfransda ilk öncə BDM sədri, idarə heyəti və nəzarət təftiş komissiyasının hesabatları dinlənilib və qənaətbəxş olaraq qəbul edilib. Daha sonra mərkəzin yeni idarə heyətinə seçkilər keçirilib və aşağıdakı tərkibdə BDM idarə heyəti formalaşdırılıb:
- İsmayıl Ağayev
- Rauf Zeyni
- Vəli Əliyev
- Samir Adıgözəlli
- İradə Rizazadə
- Azər Kərimov
- Əziz Ələkbərli
- Natiq Bədəlov
- İbrahim Axundov
- Ceyhun Ağayev
- Tahir Həşimov