Sosial şəbəkədə biz:

Cəlilabadda partlayış baş verdi, 73 yaşlı kişi yanaraq öldü

14 December 2016, 20:18
Gündəm
Cəlilabad rayon sakini faciəli şəkildə ölüb. Cəlilabad rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə dekabrın 12-də rayonun Azərbaycan prospektində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. Evin hamamında qaz sızmasından partlayış baş verib. Nəticədə, yanğın meydana gəlib və hamamda çimən ev sahibi, 1943-cü il təvəllüdlü Balaxan Mirzəyev yanıb. Dərhal Rayon Mərkəzi Xəstəxanasına, oradan da Respublika Yanıq Mərkəzinə gətirilən B.Mirzəyev bu gün xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır. (APA)