Sosial şəbəkədə biz:

Erməni idmançı: “Çox qorxunc oldu”

15 June 2015, 19:49
Gündəm
“Alina Mustafina və Viktoriya Komova mənə həmişə dəstək olurlar”. Axar.az xəbər verir ki, bu açıqlama ilə gimnastika üzrə Rusiya yığmasının erməni əsilli idmançısı Seda Tutxalyan deyib. 15 yaşlı idmançı, I Avropa Oyunlarının qızıl medalçısı komanda yoldaşlarının ona böyük dəstək verdiyini gizlətməyib: “Avropa Oyunlarında ilk gün çox qorxunc oldu. Çünki zalda çox tamaşaçı vardı. Lakin mən çox çalışdım. Hər bir halda bu, böyük məsuliyyət tələb edir. Milli komanda yoldaşlarım - Aliya Mustafina və Viktoriya Komova mənə həmişə dəstək olurlar. Onlar bütün səhvlərimi mənə izah edirlər”.