Bakı-2015: Kim neçə medal qazanıb?
Bakı-2015 I Avropa Oyunlarının 4-cü günündə 15 dəst medal sahibini tapıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi günü 3 medalla başa vurub.
1 qızıl, 2 bürünc mükafat qazanan yığmamız 2 gün qərarlaşdığı zirvəni əldən verib. Belə ki, qeyri-rəsmi komanda birinciliyində Rusiya liderliyi ələ keçirib. Hesabında 9 qızıl, 2 gümüş, 4 bürüncü olan şimal qonşularımızın hesabında 15 medal var.
Ümumilikdə daha çox – 16 mükafat qazanan Azərbaycan idmançıları 7 qızıl və eyni sayda bürünclə yanaşı, 2 gümüş də əldə edib. Həm medal sıralamasında, həm də ümumi mükafat sayında 3-cü pillədə Türkiyə qərarlaşıb.
Qeyd edək ki, Avropa Oyunlarında iştirak edən 50 ölkədən 29-u medal qazanıb. Çempionluq sevincini isə yalnız 14 yığmanın üzvləri yaşayıb.
| Yer | Ölkə | Qızıl | Gümüş | Bürünc | Cəmi |
| 1 | Rusiya | 9 | 2 | 4 | 15 |
| 2 | Azərbaycan | 7 | 2 | 7 | 16 |
| 3 | Türkiyə | 4 | 2 | 6 | 12 |
| 4 | Almaniya | 3 | 4 | 4 | 11 |
| 5 | İsveçrə | 3 | 2 | 1 | 6 |
| 6 | Macarıstan | 3 | 1 | 1 | 5 |
| 7 | Fransa | 2 | 3 | 3 | 8 |
| 8 | İspaniya | 2 | 1 | 0 | 3 |
| 9 | Ukrayna | 1 | 3 | 3 | 7 |
| 10 | Portuqaliya | 1 | 2 | 0 | 3 |
| 11 | Belarus | 1 | 1 | 4 | 6 |
| 12 | Xorvatiya | 1 | 1 | 2 | 4 |
| 13 | İsveç | 1 | 0 | 1 | 2 |
| 14 | Böyük Britaniya | 1 | 0 | 0 | 1 |
| 15 | Avstriya | 0 | 3 | 2 | 5 |
| 16 | İtaliya | 0 | 3 | 0 | 3 |
| 17 | Hollandiya | 0 | 2 | 1 | 3 |
| 18-19 | Bolqarıstan | 0 | 1 | 3 | 4 |
| Polşa | 0 | 1 | 3 | 4 | |
| 20 | Çexiya | 0 | 1 | 1 | 2 |
| 21-25 | Ermənistan | 0 | 1 | 0 | 1 |
| Yunanıstan | 0 | 1 | 0 | 1 | |
| İisrail | 0 | 1 | 0 | 1 | |
| Serbiya | 0 | 1 | 0 | 1 | |
| 25 | Makedoniya | 0 | 0 | 2 | 2 |
| 26-29 | Danimarka | 0 | 0 | 1 | 1 |
| Estoniya | 0 | 0 | 1 | 1 | |
| Monteneqro | 0 | 0 | 1 | 1 | |
| Slovakiya | 0 | 0 | 1 | 1 |