Sosial şəbəkədə biz:

Britaniyali alimlər həyatdan zövq alan insanların daha çox yaşadığı qənaətinə gəliblər

17 December 2016, 20:58
Gündəm
Britaniyali alimlər həyatdan zövq alan insanların ölüm riskinin 24 faiz azaldığı qənaətinə gəliblər. “Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, alimlər 2002, 2004 və 2006-ci illərdə İngiltərədə yaşayan 50 və 60 yaşı olan 9 000 nəfərlə görüşüblər. Tədqiqatda həyatdan zövq alan 50 yaşdan yuxarı insanların gələcək 7 ildə ölüm ehtimallarının 24 faiz aşağı olduğu müşahidə edilib. Araşdırmada iştirak edənlərdən 1 310 nəfəri 2013-cü ildə həyatını itirərkən, qalan üç ildə xoşbəxt olduğunu bildirənlərin ölüm nisbəti bədbəxt olduğunu dilə gətirənlərdən 24,3% az olduğu qeyd edilib. Elm adamları bunun insanın ümumi ruh halının, bədəndəki xeyirli və ya zərərli hormonların səviyyəsini dəyişməsilə əlaqəli ola biləcəyini düşünür.