Rusiyadan səfirin güllələnməsinə ilk reaksiya - VİDEO
Rusiya Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsini terror aktı kimi dəyərləndirir.
TASS agentliyi xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib. M.Zaxarova bildirib ki, səfir aldığı yaralar nəticəsində həyatını itirib.