Sosial şəbəkədə biz:

“4 min iş yeri açılacaq” - Nazir

24 December 2016, 22:19
Gündəm
Azərbaycanda sənaye parklarının rezidentləri növbəti mərhələdə müxtəlif layihələrin reallaşdırılması üçün 1,5 milyard dollar investisiya qoymaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin rəsmi mətbuatda dərc olunmuş məqaləsində qeyd olunub. Nazirin sözlərinə görə, bu 4 minə yaxın yeni iş yerinin açılmasına kömək edəcək. Ş.Mustafayev qeyd edib: “Bu günədək sənaye parklarına 553 milyon dollar investisiya qoyulub. Bu amil 3 mindən çox iş yerinin açılmasına səbəb olub”.