Sosial şəbəkədə biz:

“Astan Şahverdiyev dediklərinə görə cəzasını alacaq” – Keçmiş başçı danışdı

25 December 2016, 22:16
Gündəm
"O vaxt mən imkan vermədim ki, qarşıdurma yaransın, sakinlər həbs edilsin” Bu fikirləri Cəbrayıl rayonunun keçmiş icra başçısı Mahmud Quliyev deyib. O, bildirib ki, insanların heysiyyatı ilə oynamaq olmaz: "Vəziyyət bu həddə gəlməməli idi. Bunun qarşısını vaxtında ala bilərdilər ki, insanlar etiraza qalxmasın". Keçmiş başçı deputat Astan Şahverdiyevin qalmaqallı açıqlmasına da münasibət bildirib: "Astan Şahverdiyevin dediklərinə haqq qazandırmıram. Bu adam danışığını bilmir. Dediklərinə görə cəzasını alacaq”.(Unikal.org)