Sosial şəbəkədə biz:

Şirvan Milli Parkının ceyran ovlayan əməkdaşları tutuldu

26 December 2016, 12:52
Gündəm
Salyanda qanunsuz ceyran ovlayan şəxslər tutulub. Daxili İşlər Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də Şirvan Milli Parkının əməkdaşları - Şəkərli kənd sakinləri Səyyar Nəcəfovun, İntiqam Ağasıyevin və İslam Rzayevin həyətyanı sahələrinə baxış zamanı 10 ədəd ceyran dərisi, 5 ceyran kəlləsi, 1 baş diri ceyran balası və 1 ədəd "TOZ-16" markalı tüfəng aşkar edilərək götürülüb. Hər 3 şəxs tutulub. Faktla əlaqədar cinayət işi başlanıb.