Sosial şəbəkədə biz:

Bakıda 26 yaşlı qız özünü binanın eyvanından atıb

26 December 2016, 14:29
Gündəm
Bakıda 26 yaşlı qız intihar etmək məqsədi ilə özünü binanın 3-cü mərtbəsindən yerə atıb. "Report"un xəbərinə görə, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsində qeydə alınıb. Belə ki, ev 21 mənzil 84-də yaşayan 1990-cı il təvəllüdlü Paşayeva Nərminə Firudin qızı özünü 3-cü mərtəbənin eyvanından yerə ataraq intihara cəhd edib. O, ağır bədən xəsarətləri alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.