Sosial şəbəkədə biz:

Jurnalist Məhəmmədəli Qəribli də  qaliblər  sırasında oldu - FOTO

27 December 2016, 11:27
Gündəm
Dekabrın 24-də Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib. Mükafata layiq görülənlər sırasında Azinforum.az İnformasiya Portalının baş redaktoru Məhəmmədəli Qəribli də olub. O, əməkdaşı olduğu "Bakı-Xəbər"  qəzetində işıq üzü görən məqaləyə görə bu ali mükafata layiq bilinib. Qalib jurnalistə mükafatı millət vəkili Fərəc Quliyev təqdim edib.   eli vu ef Azinforum.az