Sosial şəbəkədə biz:

Erməni vitse-spiker deputatları Qarabağa gətirib

28 December 2016, 09:39
Gündəm
Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun rəhbərlik etdiyi nümayəndə heyəti - deputatlar Vahram Mkrtçyan və Karen Batoyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində gəlib. Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, dekabrın 27-də təmas xəttində yerləşən hərbi hissələrdə olan Şarmazanov erməni əsgər və zabitlərlə görüş keçirib. Məlumata görə, Eduard Şarmazanovun başçılıq etdiyi nümayəndə heyəti bu gün - dekabrın 28-də də bölgədə olacaq.