Sosial şəbəkədə biz:

Daha bir deputatın villasının görüntüləri yayıldı - VİDEO

28 December 2016, 15:44
Gündəm
Jurnalist Mehman Hüseynov daha bir deputatın villasının görüntülərini paylaşıb.
Deputat Mirzəcan Xəlilovun villasında işləyən fəhlələr deputatdan şikayətçidirlər.
“9 ay 20 nəfər fəhlə ilə gecə-gündüz oranı işlədik, axırda da 55 min manat zəhmət haqqımızı ala bilmədik”
Bu sözləri usta-briqadir Zülfüqar Əliyev deyib. O bildirib ki, Sumqayıtın deputatı heç bir səbəb açıqlamadan fəhlələrin pulunu vermir.
Daha ətraflı videoda: