Sosial şəbəkədə biz:

Bakıda tikilən sosial mənzilləri kim ala bilər? - VİDEO

28 December 2016, 23:10
Gündəm
Artıq kompleksin ərazisində 9 mərtəbəli yaşayış binasının və məktəbin tikintisi aparılır. Üstəlik, 2019 cu ildən etibarən hər il, 3 min sosial mənzilin təhvil verilməsi nəzərdə tutulur. Kimlər burada mənzil sahibi ola bilər? Belə layihələrdə evlərin satılması zamanı gənc ailələrə üstünlük veriləcək. Belə ki, - Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları); - Milli Qəhrəman (özü, əri/arvadı, övladları); - Məcburi köçkün və ya ona bərabər tutulan şəxs; - ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs; - ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs; - Fəlsəfə və elmlər doktoru elmi dərəcəsi olan şəxs; - İdman sahəsində xüsusi xidmətləri olan şəxs; Bundan başqa gənc ailə olub olmamasından aslı olmayaraq - ən azı 15 il dövlət qulluğunda qulluq edən; - ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları - ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan. - elmlər doktoru elmi dərəcəsi olan; şəxslərdə bu layihədə məznil almaq hüququna malikdirlər. Sosial evlər üçün müraciət elektron hökümət portalından 2017 ci ilin mayın 1-dən etibarən həyata keçiriləcək. Hər il 3 min belə mənzilin təhvil verilməsi gözlənilir ki, bu illik təlabatın 10 faizi deməkdir. Belə binalarda mənzil əldə edən şəxslər həmin mənzilləri 3 il ərzində nə sata, nə də kirayə verə biləcəklər. (“Xəzər TV”)