Sosial şəbəkədə biz:

İstanbul-Bakı və Bakı-İstanbul aviareysləri təxirə salındı

29 December 2016, 10:23
Gündəm
"Türk Hava Yolları" aviaşirkəti 29-31 dekabr tarixlərində 23 aviareysini təxirə salıb. APA xəbər verir ki, buna səbəb hava şəraitinin kəskin pisləşməsidir. Şirkətin yaydığı açıqlamada deyilir ki, bu gün saat 16:05-də yerinə yetirilməli olan İstanbul-Bakı və 20:55-də yerinə yetirilməli olan Bakı-İstanbul aviareysləri də təxirə salınıb.