Sosial şəbəkədə biz:

Gecə klubunun sahibi: "ABŞ kəşfiyyatı hücum barədə xəbərdarlıq etmişdi"

01 January 2017, 10:49
Gündəm
ABŞ kəşfiyyatı İstanbulda silahlı hücumun baş verə biləcəyi barədə əvvəlcədən xəbərdarlıq edib. APA-nın Hurriyet-ə istinadən verdiyi xəbərə görə, bu barədə silahlı hücuma məruz qalmış "Reina" gecə klubunun sahibi Mehmet Kocarslan bildirib. "Amerika kəşfiyyatı terror aktı barədə xəbərdarlıq etmişdi. 7-10 gün bura ciddi təhlükəsizlik tədbirləri görülmüşdü", — deyə o bildirib. Məlumata görə, terrorçu "Kalaşnikov" avtomatından atəş açıb. İstanbul valisi hücum zamanı azı 35 nəfərin öldüyünü, 40-dan çox şəxsin yaralandığını bildirib.