Sosial şəbəkədə biz:

Dünyanın ən qocaman sakini 146 yaşını qeyd edib - FOTO

01 January 2017, 11:08
Gündəm
Dünyanın ən qocaman sakini İndoneziyalı Salarman Sodimedjo dekabrın 31-də 146 yaşını qeyd edib. APA-nın Daily Mail-ə istinadən verdiyi xəbərə görə, S.Sodimedjonun sənədlərinə əsasən, o, 1870-ci ildə anadan olub. Planetin ən yaşlı sakini doğum gününü Yava adasında qohumlarının yanında qeyd edib. Ahıl yaşında olmasına baxnayaraq, Salarman Sodimedjo hələ də müstəqil şəkildə hərəkət edir. Qeyd edək ki, hazırda dünyanın ən yaşlı qadını italiyalı 117 yaşlı Emma Moranodur.