Sosial şəbəkədə biz:

İstanbuldakı teraktda Azərbaycan vətəndaşı olan qadın da yaralananıb? - AÇIQLAMA

01 January 2017, 11:59
Gündəm
İstanbulda törədilmiş terror aktında yaralananlar arasında Azərbaycan vətəndaşı olan bir qadının olması barədə məlumat daxil olub. Bunu APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. H. Hacıyev deyib ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu həmin şəxsin kimliyini araşdırır və Türkiyənin müvafiq qurumları ilə təmasları davam etdirir.