Sosial şəbəkədə biz:

Bakıda səfirlik əməkdaşı qarət edildi

01 January 2017, 21:05
Gündəm
Bakının Xətai rayonda oğurluq hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə Nobel prospekti ərazisində qeydə alınıb. Həmin ünvanda Küveyt vətəndaşı Abdullah Alhubaidahın içərisində 9645 manat, 500 ABŞ dolları, sənəd, 6 ədəd bankomat kartı, qələm və diplomatik vəsiqəsi olan çantası oğurlanıb. Abdullah Alhubaidahın oğurluq hadisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə müraciət edib. Polis əməkdaşları tərəfindən oğurluğun Bakı şəhər sakini Əkbər Nəbiyev tərəfindən törədildiyi müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Nəbiyev tutulub. Abdullah Alhubaidah Küveytin Azərbaycandakı səfirliyində çalışdığı bildirilir.