Sosial şəbəkədə biz:

Keçmiş arvadı və oğlu daxil olmaqla 12 nəfəri öldürdü - Yeni il axşamı qətliam

02 January 2017, 16:23
Gündəm
Braziliyada ailə faciəsi yaşanıb.Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Kampinas şəhərində baş verib. Belə ki, bir kişi yeni il bayramını qeyd edən keçmiş arvadının evinə basqın edib. O həyat yoldaşı və oğlu da daxil olmaqla 12 nəfəri qətlə yetirib. Hücumu həyata keçirən şəxsin kimliyi hələ açıqlanmır. Qeyd edək ki, hadisədən sonra həmin şəxs intihar edib.