Sosial şəbəkədə biz:

Azərbaycanlı güləşçi erməni rəqibini 7:0 hesabı ilə məğlub edib

Azərbaycanlı güləşçi erməni rəqibini 7:0 hesabı ilə məğlub edib Bu gün Bakı-2015-də sərbəst güləş yarışları başa çatacaq. Apasport.az saytının məlumatına görə, ilk gündə 2 qızıl və 1 bürünc medal qazanan sərbəst güləşçilərimiz bu gün də bütün çəkilərdə təmsil olunur. 61 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Hacı Əliyev 1/8 final mərhələsində erməni rəqibi Valodiya Franqulyanla qarşılaşıb və böyük hesab fərqi ilə qalib gəlib - 7:0. Qeyd edə ki, Hacı Əliyev Avropa Oyunlarını 5-ci pillədə başa vuran və 1/4 finalda erməni Qarik Barsekyanı məğlub edən Yaşar Əliyevin qardaşıdır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol