Sosial şəbəkədə biz:

Yeni il gecəsi Fransada 900-dən artıq avtomobil yandırılıb

02 January 2017, 22:50
Gündəm
Fransada yeni il gecəsi 900-dən artıq avtomobil yandırılıb və ya xəsarət yetirilib. “Report” RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, dekabrın 31-dən yanvarın 1-i səhərədək yandırılmış avtomobillərin sayı 650 olub. Ötən gecə isə 602 avtomobil tamamilə yandırılıb və yaxud zədələnib. Qeyd olunur ki, son 5 ildə yandırılan avtomobillərin sayı 20% azalıb.