Sosial şəbəkədə biz:

Türkiyə Səhiyyə Nazirliyi İstanbulda yaralanan azərbaycanlının səhhəti haqda - AÇIQLAMA

03 January 2017, 13:37
Gündəm
Yeni il gecəsi İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum zamanı törədilmiş terror aktı nəticəsində yaralanan Azərbaycanın iki vətəndaşının səhhəti normaldır. Bu barədə "Report"a Türkiyənin Səhiyyə Nazirliyindən bildirlib. Məlumata görə, hadisə zamanı Günel Həsənova yüngül xəsarətlə ötüşüb, Rəşad Vəliyev isə güllə yarası alıb, hazırda vəziyyəti yaxşıdır.