Sosial şəbəkədə biz:

Bakıda şirkət rəhbərinə 178 min dollar "atdılar"

03 January 2017, 20:52
Gündəm
Bakının Binəqədi rayonunda 178 min dollarlıq dələduzluq faktı qeydə alınıb. “Report” xəbər verir ki, paytaxt sakini, “Şimşək” LTD-nin direktoru, 1960-ci il təvəllüdlü Mansur Yusifov hüquq-mühafizə orqanlarına müraciət edərək dələduzluğun qurbanı olduğunu bildirib. O bildirib ki, ötən ilin may ayında 1989-cu il təvəllüdlü Pərvanə Quliyeva onu aldadıb iş qurmaq adı ilə 178 min 500 ABŞ dollar pulunu alıb. Faktla bağlı araşdırma aparılır.