Sosial şəbəkədə biz:

Hitlerin kitabı Almaniyada rekord qırır

03 January 2017, 23:02
Gündəm
Adolf Hitlerin "Mayn Kampf" kitabının Münhen Müasir Tarix İnstitutu tərəfindən tənqidi şərhlərlə dərc olunmuş yeni nəşri 2016-cı ildə Almaniyada satış hitinə çevrilib. Belə ki, bu barədə "Tagesspiegel" nəşri yazıb. İnstitutun direktoru Andreas Virşinqin sözlərinə görə, satış gözlənilən göstəricini 20 dəfə üstələyib və yeni nəşr müəlliflərinin nəzərdə tutduğu 4 min əvəzinə 85 min kitab satılıb. O, həmçinin qeyd edib ki, yanvarın sonunda altıncı tirajın buraxılması və kitabın başqa dillərə tərcümə olunması planlaşdırılır. (Report)