Sosial şəbəkədə biz:

Atilla Kaya MHP-dən getdi

04 January 2017, 17:01
Gündəm
Türkiyənin MHP partiyasının sədr müavini, millət vəkili Atilla Kaya partiyadan istefa verib. AzNews.az yerli KİV-ə istinadən xəbər verir ki, bir vaxtlar Dövlət Bahçelinin partiyanı əmanət etdiyi Atilla Kaya təmsil etdiyi partiyanın Türkiyədə konstitusiyasının dəyişdirilməsi ilə bağlı AKP-nin hazırladığı layihəni dəstəkləməsinə etiraz olaraq istefa verdiyini açıqlayıb. Atilla Kaya Türkiyədə dövlət idaretmə sisteminin dəyişdirilərək parlament idarəetməsindən prezidentlik üsulidarəsinə keçilməsini nəzərdə tutan layihənin əleyhinə səs verəcəyini bəyan edib.