Sosial şəbəkədə biz:

Dollar bu gün neçəyədir? - Rəsmi valyuta məzənnələri

05 January 2017, 10:15
Gündəm
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 30-u ilə müqayisədə dəyişməyərək 1,7707 manat təşkil edib. Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,03% zəifləyərək 1,8638 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi dəyişməyərək 0,0293 manat səviyyəsində qərarlaşıb. Türkiyə lirəsinin məzənnəsi 1,1% zəifləyərək 0,4967 manat təşkil edib. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1841 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,4%-lik artım baş verib. Gürcüstan larisinin məzənnəsi də 1,5% zəifləyərək 0,6564 manat olub.