Sosial şəbəkədə biz:

AST Telmanın başı “Mardan Palace”la yenidən dərddə

05 January 2017, 12:40
Gündəm
Uzun məhkəmə çəkişmələri və hərrac olaylarından sonra sahibi olduğu “Mardan Palace” otelini geri qaytaran azərbaycanlı iş adamı Telman İsmayılov yenidən hakim qarşısına çıxıb.Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bir vaxtlar dünyanın ən lüks oteli seçilən “Mardan Palace” bu dəfə 3 inşaat şirkətinin açdığı 15 milyon lirəlik məhkəmə çəkişməsini uduzub. İnşaat firmaları 2009-cu ildən ödənişlərini ala bilmədikləri üçün şikayətçi olublar. Otelin vəkilləri isə şirkətlərin alacaqları vəsaitin miqdarını şişirtməsinə etiraz ediblər.