Sosial şəbəkədə biz:

Gəncədə əri ilə mübahisə edən qadın özünü yandırıb

05 January 2017, 20:25
Gündəm
Həyat yoldaşı ilə mübahisə edən qadın özünü yandırıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə şəhərində baş verib.
Belə ki, şəhər sakini, 1988-ci il təvəllüdlü Abdullayeva Mehriban İnqilab qızı yaşadığı evdə həyat yoldaşı ilə mübahisə zamanı əsəbləşərək üzərinə neft tökərək özünü yandırıb. Müxtəlif yanıq xəsarətləri alan qadın yaxınlarının köməyi ilə xəstəxanaya aparılıb. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib. Qadının vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.