Sosial şəbəkədə biz:

Ziya Məmmədovun "çətir"i altında olan məmur həbs olundu

Biləcəri sakinlərindən  şok məlumat daxil olub.

Məlumatda deyilir ki, Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.
Qəsəbə sakinlərnin verdiyi məlumata görə hazırda İlham Xəlilovu postunda Hikmət adlı şəxs əvəz edir.
Əməkdaşımız Biləcəri bələdiyyəsi ilə telefon əlaqəsi saxlayıb. Sədrin katibəsi əməkdaşımıza bildirirb ki, keçən həftə yeni sədr seçilib. Yeni sədr əvvəl bələdiyyənin üzvü olan Hikmət Quliyevdir. Keçmiş sədr ilə bağlı suala isə katibə cavab verməyib.(Qafqaz Xəbər Agentliyi).
Onu da qeyd edək ki, İ.Xəlilovun nəqliyyat naziri Ziya Məmmədovun "çətir"i altında olduğu haqda mətbuatda çoxsaylı təkzib  olunmayan yazılar dərc olunub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol