Sosial şəbəkədə biz:

Sürücü eyni radara 2 dəfə düşüb - Bir saniyə fərqlə

05 January 2017, 20:55
Gündəm
Sürücü sürət həddini aşıb və radara düşüb. Lakin ona həmin inzibati xətaya görə 1 yox, 2 protokol gəlib. Həm də 1 saniyə fərqlə. Bu halda sürücü hər iki cəriməni ödəməlidirmi? "Qafqazinfo" xəbər verir ki, XəzərXəbər sözügedən hadisə ilə bağlı süjet hazırlayıb. Qeyri-adi hadisə Bakı-Quba yolunun 138-ci kilometrliyində baş verib. Bakı şəhər sakini minik avtomobili ilə həmin yolda hərəkətdə olarkən sürət həddini aşıb və radara düşüb. Lakin sürücüyə eyni radardan inzibati xəta haqqında protokol 1 saniyə fərqlə 2 dəfə rəsmiləşdirilib və ünvanına göndərilib. Hər protokola görə də ayrıca cərimə tələb edilir. Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, həmin sürücüyə 2 protokolun tərtib olunması texniki səhv ucbatından baş verib. Baş Dövlət Yol Polisi İdarəsinini İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə indiyə kimi 2-3 dəfə bu cür hadisə baş verib və sürücülərin müraciəti əsasında protokolardan biri ləğv edilib. Bu cür hallarda Baş Dövlət Yol Polisi İdarəsinə yazılı və ya şifahi məlumat vermək kifayətdir.