Sosial şəbəkədə biz:

Moskvada güllələnən azərbaycanlı iş adamı Rəhman Əliyev imiş...

19 September 2017, 10:00
Gündəm
Moskvada odlu silahdan açılan atəş nəticəsində öldürülən azərbaycanlının kimliyi məlum olub. REN TV-nin verdiyi xəbərə görə, bu, 49 yaşlı iş adamı Rəhman Əliyevdir. O, qara və əlvan metalların alışı və satışı ilə məşğul olurmuş. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. ** 00:14 Moskvanın cənubunda Azərbaycan vətəndaşı başından güllələnərək qətlə yetirilib. TASS xəbər verir ki, bu barədə bazar ertəsi hüquq-mühafizə orqanlarıdakı mənbə məlumat verib. İlkin məlumata görə, qətl sifarişlə yerinə yetirilib. \"Yaxından güllələnən kişinin meyiti paytaxtın Qərbi Birülevo rayonundakı Xarkov keçidində aşkar olunub\", - deyə agentliyin həmsöhbəti bildirib. Onun məlumatına görə, qətl sifariş xarakterlidir, ölən şəxs isə Azərbaycan vətəndaşıdır. Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti TASS-a faktı təsdiq edib, lakin hadisənin təfərrüatları barədə məlumat verməyib. Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.