İzmirdəki terror aktı ilə əlaqədar 18 nəfər saxlanılıb
Türkiyənin İzmir şəhərindəki terror aktı ilə əlaqədar 18 nəfər saxlanılıb.
Bu barədə Trend Türkiyə Ədliyyə Nazirliyinə istinadən məlumat verir.
Hadisənin törədilməsində PKK terror təşkilatı şübhəli bilinir.
Qeyd edək ki, yanvarın 5-də İzmirdə məhkəmə binasının qarşısında baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb, 1-i ağır olmaqla 10 nəfər xəsarət alıb. Partlayışdan sonra terrorçularla polislər arasında atışma olub.