Sosial şəbəkədə biz:

PKK-dan HDP-yə ittiham

Terrorçu PKK-nın Qəndil rəhbərlərindən Murat Karayılan HDP-nin həmsədri Səlahəddin Demirtaşı normal davranışlar sərgiləməməkdə günahlandırıb. O, Demirtaşı siyasi romantik kimi davranmaqda ittiham edib. Koalisiya dartışmaları ilə bağlı olaraq maraqlı açıqlamalar verən Murat Karayılan HDP-ni tənqid edərək bildirib ki, partiyanın koalisiya ilə bağlı təklifləri romantikdir. Onun sözlərinə görə, HDP-nin koalisiya ilə bağlı yanaşmaları dardır. O, qeyd edib ki, cəmiyyət demokratik bir dəyişiklik tərəfdarıdır və HDP-nin buna liderlik etməsi lazımdır: “Bu baxımdan daha güclü bir performansa və tempə ehtiyac var”. Karayılan deyib ki, HDP-nin ölkənin gələcəyi ilə bağlı planları var və partiya hazırladığı qanunları ortaya qoymalıdır: “HDP qanunlar çərçivəsində siyasət yürüdəcəyini ifadə etməlidir”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol