Sosial şəbəkədə biz:

Ərdoğanın kürəkəni kiberhücumlarda ABŞ-ı ittiham etdi

06 January 2017, 19:20
Gündəm
Türkiyənin Energetika, yanacaq və təbii ehtiyatlar naziri, prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrak bildirib ki, ölkənin energetika sisteminə kütləvi kiberhücumlar ABŞ ərazisindən edilib. Virtualaz.org bildirir ki, xəbəri A Haber telekanalı yayıb. "Bizdə təkzibedilməz faktlar var ki, bu kiberhücumların mənbəyi ABŞ-dır. Bizim energetika sistemimizə bütün hücumlar bu dövlətin ərazisindən həyata keçirilib. Bizim mütəxəssislərimiz bu hücumların qarşısını almaq üçün zəruri tədbirlər görürlər”, - deyə türk nazir telekanalın efirində bildirib.