Sosial şəbəkədə biz:

"Sinif rəhbəri vəzifəsi ləğv olunur" xəbərinə rəsmi REAKSİYA

06 January 2017, 22:20
Gündəm
Təhsil Nazirliyi ümumtəhsil məktəblərində sinif rəhbəri vəzifəsinin ləğv ediləcəyi haqda yayılan məlumatlara aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov AzVision.az-a açıqlamasında bildirib ki, məsələ hazırda gündəmdə deyil və sinif rəhbəri vəzifəsinin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Qeyd edək ki, bu gün bəzi KİV-lərdə sinif rəhbəri vəzifəsinin ləğv ediləcəyi haqda xəbərlər yayılıb.