Sosial şəbəkədə biz:

Bakıdakı qətlin İraq səfirliyi ilə bağlılığı var? - Açıqlama

07 January 2017, 21:20
Gündəm
“İraq Hava Yolları” aviaşirkətinin bu gün Bakıda qətlə yetirilmiş əməkdaşının İraqın Azərbaycandakı səfirliyi və o cümlədən müvəqqəti işlər vəkilliyi ilə heç bir bağlılığı yoxdur. Bu barədə İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fazil Avad əl-Şuveyli bəyanat yayıb. O, həmçinin qeyd edib ki, ölümlə nəticələnən hadisə iki Azərbaycan vətəndaşı arasında münaqişə zəminində baş verib: “Azərbaycan hüquq-mühafizə orqanları hadisə ilə bağlı təhqiqat aparırlar. Öldürülən şəxs İraqın Azərbaycandakı səfirliyi ilə heç bir əlaqəyə malik deyil. Onun qardaşı səfirliyin yerli əməkdaşıdır”. (Azərtac)