Sosial şəbəkədə biz:

Bakıda atışma - Kriminal qruplaşmalar arasında

09 January 2017, 12:51
Gündəm
Bakıda silahlı insident olub. “ Azinforum.az ” ın Report-a istinadən xəbərinə görə, hadisə ötən gecə Bakının Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən "Nənəmin Təndiri" kimi tanınan iaşə obyektinin yaxınlığında baş verib. Belə ki, əraziyə toplaşan iki kriminal qruplaşmanın 15-20-yə yaxın üzvünün mübahisəsi zamanı odlu silahlardan istifadə olunub. İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman "Makarov" tipli tapançaya məxsus gilizlər aşkar ediblər. Hadisənin iştirakçılarının tutulması istiqamətində axtarışlar davam etdirilir.